Bu tarixdə qar yağacağı gözlənilir – RƏSMİ

Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib ki, yaxın günlərdə hava şəraitində dəyişiklik olmayacaq:

“Lakin yanvarın 4-ü gündüzdən 8-dək Bakıda və Abşeron yarımadasında fasilələrlə arabir güclənən cənub-qərb küləyinin arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacağı, küləyin maksimal sürətinin arabir 20-23 m/s-dək güclənəcəyi gözlənilir.

Yanvarın 5-də gün ərzində hava şəraitinin əsasən şərq rayonlarında az yağıntılı olacağı, dağlıq rayonlarda isə zəif qar yağacağı ehtimalı var”.

***13:10

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Globalinfo.az-a verilən məlumata görə, yanvarın 4-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 5-7° isti, gündüz 10-15° isti, Bakıda gecə 5-7° isti, gündüz 13-15° isti olacaq. Atmosfer təzyiqi 772 mm civə sütunundan 765 mm civə sütununa enəcək. Nisbi rütubət 50-60 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 10-15° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 5-10° isti, bəzi yerlərdə 3°-dək şaxta olacaq.