Sabah Kremldə yeni ərazilərin Rusiyaya daxil olmasına dair sazişlər imzalanacaq

Sabah Kremldə yeni ərazilərin Rusiyaya daxil olmasına dair sazişlər imzalanacaq

Sabah saat 15:00-da Kremldə yeni ərazilərin Rusiyaya daxil olmasına dair sazişlər imzalanacaq.

Globalinfo.az bildirir ki, APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib

“Sabah saat 15:00-da Kremlin Georgiyevsk zalında yeni ərazilərin Rusiya Federasiyasına daxil olmasına dair sazişlərin imzalanması baş tutacaq. Putinin çıxışı olacaq”, deyə Kremlin sözçüsü qeyd edib.