Sabah çimərliklərdə hava necə olacaq?

Sabah çimərliklərdə hava necə olacaq?

Sabah Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, çimərliklərdə şimal-qərb küləyi səhər cənub-şərq küləyi ilə əvəz olunacaq.

Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 28-29° isti, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 29-30° isti olacaq.