
14-16 may tarixlərində Oğuz-Qəbələ-Bakı su kəmərində aparılacaq təmir-bərpa işləri ilə əlaqədar kəmərin marşrutu boyu yerləşən və bu xətdən qidalanan kəndlərə, eləcə də Abşeron rayonunun Qobu və Hökməli qəsəbələrinin bir hissəsinə içməli suyun verilməsi dayandırılacaq.
Bu barədə Globalinfo.az-a Dövlət Su Ehtiyatları Agentliyindən bildirilib.
Məlumata görə, buna səbəb Oğuz-Qəbələ-Bakı su kəmərində təmir-bərpa işlərinin aparılmasıdır.
Eyni zamanda Abşeron, Binəqədi, Yasamal, Nəsimi və Səbail rayonları ərazisində suyun verilişi rejimlərində tənzimləmələr aparılacaq.
Qeyd edək ki, bu müddətdə Ceyranbatan














