Bütün ölkə ərazisində neçə nəfər səs verdi?

screenshot 8

Azərbaycanda keçirilən növbədənkənar parlament seçkiləri üzrə səsvermədə ümumi seçici fəallığı açıqlanıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) Seçkilər İnformasiya Mərkəzində keçirilən mətbuat konfransında bildirilib.

Qeyd edilib ki, 19:00-da yekunlaşan səsvermədə həmin saata qədər 2 milyon 196 min 771 nəfər səsvermə hüququndan istifadə edib.

***

Azərbaycanda keçirilən növbədənkənar parlament seçkiləri üzrə səsvermədə saat 17:00-a olan seçici fəallığı açıqlanıb.

Bu barədə MSK Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov MSK-nın Seçkilər İnformasiya Mərkəzində keçirdiyi mətbuat konfransında bildirib ki, indiyədək seçicilərin 33,82 faizi (2 milyon 172 min 87 nəfər) səsvermə hüququndan istifadə edib.

Hesabat vermiş məntəqələrin sayı 6478-dir.

***

“Bu saata kimi seçicilərin 29,43 faizi səsvermə hüququndan istifadə edib”.

Globalinfo.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının İnformasiya Mərkəzinin müdiri Fərid Orucov MSK-nın Seçkilər İnformasiya Mərkəzində keçirdiyi mətbuat konfransında məlumat verib.

Bu saata hesabat vermiş seçki məntəqələrinin sayı 6 478, hesabat vermiş seçki dairələrinin sayı 125, səs vermiş seçicilərin sayı isə 1 893 555 nəfərdir.

Qeyd edək ki, bu gün Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə parlament seçkisi keçirilir.

Seçki saat 19:00-da yekunlaşacaq.

***12:46

Azərbaycanda keçirilən növbədənkənar parlament seçkiləri üzrə səsvermədə saat 12:00-a olan seçici fəallığı açıqlanıb.

Globalinfo.az  xəbər verir ki, bu barədə MSK Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov MSK-nın Seçkilər İnformasiya Mərkəzində keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, indiyədək 1 309 522 nəfər səs verib. Yəni seçicilərin 20,39 faizi səsvermə hüququndan istifadə edib.

Hesabat vermiş məntəqələrin sayı 6478-dir.