Gürcüstan hökuməti keçmiş prezident Mixail Saakaşvilinin təsis etdiyi Vahid Milli Hərəkat Partiyasının ləğv edilməsi üçün Konstitusiya məhkəməsinə müraciət ünvanlayacaq.
Globalinfo.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze açıqlayıb.
O, müraciətin oktyabrda ediləcəyini bildirib.
“Həmçinin bu partiyanın siyasi fikirlərini bölüşən, birlikdə hərəkət edən qurumlarla bağlı da eyni addım atılacaq. Bu, demokratik prosesdir və iddiamız Konstitusiya Məhkəməsinə təqdim olunacaq”, – Kobaxidze deyib.
Əliyar Xəlil
Globalinfo.az














