Rusiyaya qarşı Qafqaz tələsi: Putin “minalanmış ərazi”dən sağ çıxacaqmı? – VİDEO

 

Avropa Parlamentinin (AP) Ermənistanla bağlı məlum mövqeyi ciddi müzakirə edilir. Belə ki, AP-də Ermənistanın Avropa İttifaqına (Aİ) üzvlük imkanlarına baxmağı təklif edən qətnamə qəbul olunub.

Bunun Ermənistanın Azərbaycana qarşı müharibə ritorikasını artırdığı bir vaxta təsadüf etməsi diqqətdən yayınmır. Üstəlik, Qərbin ölkəmizə qərəzli mövqeyi fonunda Ermənistana qucaq açması da ciddi mətləblərdən xəbər verir.

Məsələ yalnız Azərbaycanla da yekunlaşmır. Avropa İttifaqının Ermənistanla bağlı bu addımı həm də Rusiyaya təzyiq hesab olunur. Hətta proses Rusiyaya qarşı Cənubi Qafqazda ikinci cəbhənin açılması kimi dəyərləndirilir.

Globalinfo.az saytının təsisçisi, siyasi yazar Azər Ayxan ARB24 kanalının “İşgüzar səhər” proqramında aparıcı Çinarə Nurməmmədova ilə bu və digər mövzular ətrafında maraqlı müzakirə aparıb.

Proqramın həmin hissəsini təqdim edirik: