Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı 16-cı sanksiya paketini hazırlayır.
Globalinfo.az xəbər verir ki, bu barədə Aİ-nin sanksiyalar üzrə xüsusi nümayəndəsi David O’Sullivan məlumat yayıb.
Rusiya-Ukrayna müharibəsi başlanandan artıq dördüncü dəfə Astanaya səfər edən O’Sullivan çıxışı zamanı qazaxıstanlı rəsmilərlə önəmli yol qət etdiklərini deyib.
“Qazaxıstanın Rusiya ilə ticarət əlaqələrinə heç bir şəkildə müdaxilə etmək və ya əngəl törətmək niyyətimiz yoxdur. Biz burada Aİ və G7 ölkələrində istehsal edilən və sanksiya siyahısına düşən məhsulların Qazaxıstan üzərindən Rusiyaya ixracından bəhs edirik. Bu məsələdə qazaxıstanlı rəsmilərlə əməkdaşlığımızdan məmnunuq”, – deyə Aİ rəsmisi qeyd edib.
Əliyar Xəlil