Rusiyanın müharibə itkiləri dəhşətə gətirdi – Yeni rəqəm

Rusiyanın müharibə itkiləri dəhşətə gətirdi – Yeni rəqəm

Rusiya Ukraynadakı müharibə ilə əlaqədar olaraq müasir tarixinin ən böyük işçi çatışmazlığı ilə üz-üzə qalıb.

Globalinfo.az xəbər verir ki, bu məlumatı Britaniya Müdafiə Nazirliyi yayıb.

Məlumata görə, ölkədə azad işçilərin sayı 1998-ci illə müqayisədə ən aşağı səviyyəyə düşüb. Rəsmi London həmçinin müharibə və COVİD-19-un ölkədə əhalinin sayını 2 milyon nəfər azaltdığını bildirib:

“2022-ci ildə Rusiyanı 1,3 milyon insan tərk edib. Onların çoxunu gənclər və yaxşı təhsil almış insanlar, yüksək gəlirli sahələrdə çalışanlar təşkil edir. Rusiya Rabitə Nazirliyi ölkəni 100 min İT işçisinin tərk etdiyini bəyan edib”.

İlkin Həsənov
Globalinfo.az