Rusiyanın hərbi-sənaye müəssisəsi vuruldu

683c361c3df76683c361c3df771748776476683c361c3df74683c361c3df75

Ukrayna Hərbi Hava Qüvvələri pilotsuz uçuş aparatları vasitəsilə Rusiyaya məxsus “VNİİR-Proqress” hərbi-sənaye müəssisəsinə zərbələr endirib.

Globalinfo.az xəbər verir ki, Çuvaşıstan Respublikasının Çeboksarı şəhəri ərazisindəki həmin müəssisədə “Shahed” pilotsuz uçuş aparatları və “İskəndər” raketləri üçün nəzərdə tutulan “Kometa” tipli antenn qoruyucuları istehsal olunur.

Ukrayna Ordusunun Baş Qərargahı məlumatı təsdiqləyib.