Rusiyanın BMT Təhlükəsizlik Şurasında sərgilədiyi mövqe Ermənistanda narazılıqla qarşılanıb.
Globalinfo.az xəbər verir ki, İrəvanda narazılıq yaradan məqam Rusiya təmsilçisinin çıxışı zamanı Azərbaycanı birbaşa hədəfə almaması olub.
İqtidar nümayəndələrinin Moskvadan narazılığı şərh etməkdən boyun qaçırmaları isə xüsusi diqqət çəkib. İndiyə qədər məsələyə yalnız spiker Alen Simonyan münasibət bildirib. O, Rusiyanın müttəfiq olaraq BMT Təhlükəsizlik Şurasında qətiyyətli mövqe nümayiş etdirmədiyini söyləyib:
“Məncə, Rusiya bunu ya edə bilmir, ya etmək istəmir, ya da hər ikisi – bilmir və etmir. Buna təəccüblənmirəm, çünki son hadisələr Rusiyadan belə reaksiyanın gəlməsinin gözlənilməz olmadığını deməyə əsas verir. Yəqin, problem məhz Rusiya sülhməramlılarının məsuliyyət zonasında yaşandığı üçün Moskva belə mövqe ortaya qoyur və onlar bununla yaranmış situasiya barədə təsəvvürləri yumşaltmağa çalışırlar”.
Turan Rzayev
Globalinfo.az













