Rusiyanın bir neçə hava limanında uçuşlara məhdudiyyətlər tətbiq edildi

Rusiyanın bir neçə hava limanında uçuşlara məhdudiyyətlər tətbiq edildi

Kaluqa hava limanında təyyarələrin gəlişi və gedişi ilə bağlı müvəqqəti məhdudiyyətlər tətbiq edilib. 

Globalinfo.az xəbər verir ki, bu barədə məlumatı Rosaviasiyanın mətbuat katibi Artem Korenyako şəxsi teleqram kanalında yayıb. Onun sözlərinə görə, bu addım uçuşların təhlükəsizliyini təmin etmək məqsədi daşıyır.

Bənzər tədbirlər iyulun 8-nə keçən gecə Permdə yerləşən Bolşoy Savino hava limanında da həyata keçirilib. Orada da uçuşların müvəqqəti dayandırılması ilə bağlı qərar qəbul edilib və təxminən iki saat sonra hava limanı fəaliyyəti bərpa edib.

Bundan əvvəl, iyulun 7-də səhər saatlarında Sankt-Peterburqdakı Pulkovo hava limanında böhranlı vəziyyət yaşanıb. Təxminən 7 min sərnişin öz uçuşunu gözləməli olub.

Tahir Turan 

Globalinfo.az