Gürcüstanda rusiyalı turist öldürülüb, iki təqsirləndirilən şəxs saxlanılıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Arbat Media” məlumat yayıb.
Bildirilib ki, iki nəfər yanvarın 5-də Zuqdididən Mestia kurortuna gedən ər-arvadı qarət edib, onların mobil telefonlarını oğurlayıb və kişini güllələyiblər.
Cinayəti ört-basdır etmək üçün isə mərhumun meyitini çaya atıblar.
Hadisə ilə bağlı 33 və 39 yaşında iki nəfər saxlanılıb.
Qeyd edilib ki, onları 20 ilə qədər və ya ömürlük həbs gözləyir.