“Rusiyada müdafiə xərcləri dövlət büdcəsinin 32,5 faizinə çatıb”.
Globalinfo.az xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Andrey Belousov deyib.
O bildirib ki, 2025-ci ildə Rusiya ordusunda yeni qoşun növü yaradılacaq.
Onun sözlərinə görə, yeni qoşun Pilotsuz Sistemlər Qoşunu adını daşıyacaq.
Nazir yeni qoşun növü ilə bağlı detalları açıqlamayıb.













