Rusiyada MMA Federasiyasının prezidenti qətlə yetirildi

Rusiyada MMA Federasiyasının prezidenti qətlə yetirildi

Rusiyanın Altay ərazisində toy mərasimində qətl hadisəsi baş verib.

Globalinfo.az xəbər verir ki, hadisə avqustun 7-də Ust-Koksinski rayonunun Tyunqur kəndində qeydə alınıb.

İstintaqın məlumatına görə, Altayda keçirilən toy zamanı sərxoş vəziyyətdə olan 74 yaşlı kişi qonaqlardan biri ilə mübahisə edib. O, masa arxasında oturan şəxsin yanına yaxınlaşaraq bıçaqla onun sinəsinə zərbə endirib.

Zərərçəkən hadisə yerində dünyasını dəyişib. Yerli mənbələrin verdiyi məlumata görə, qətlə yetirilən şəxs Altay diyarının MMA Federasiyasının rəhbəri Aleksey Kalbukovdur. Hücum edən şəxs isə dərhal saxlanılıb.

İstintaq Komitəsinin açıqlamasında bildirilib ki, faktla bağlı adam öldürmə maddəsi üzrə cinayət işi başlanıb və şübhəlinin barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə müraciət ediləcək.

Tahir Turan
Globalinfo.az