
Leninqrad vilayətində Mi-28 helikopteri qəzaya uğrayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Mi-28 helikopteri Leninqrad vilayəti üzərində planlaşdırılmış təlim uçuşu zamanı qəzaya uğrayıb. Ekipaj üzvləri həlak olub, helikopter yaşayış məntəqələrindən uzaqda, boş əraziyə düşüb”, – Rusiya MN-dən verilən açıqlamada bildirilib.
Hadisə yerinə axtarış-xilasetmə qrupu cəlb edilib. Rusiya Hava Kosmik Qüvvələri komissiyası da əraziyə gedib.
Aysel Əliyeva
Globalinfo.az














