Yeni il ərəfəsində Sankt-Peterburqun mərkəzində 3 min miqrant saxlanılıb.
Globalinfo.az xarici mediaya istinadən xəbər verir ki, yanvarın ilk günü Sankt-Peterburqun mərkəzində 3 minə yaxın əcnəbi vətəndaş saxlanılıb.
Məlumata görə, Rusiyada 600-dən çox əcnəbi miqrasiya qanunvericiliyini pozmaqda şübhəli bilinir. Onlarla bağlı inzibati protokollar tərtib edilib. Yüzdən çox miqrant isə Rusiyadan çıxarıla bilər.
Qeyd edək ki, ən kütləvi həbslər Sankt-Peterburqun mərkəzində yerləşən “Qostini Dvor” stansiyasında baş verib. Bundan başqa, “Admiralteyskaya” metrostansiyası yaxınlığında da miqrantlar saxlanılıb.
Ötən gecə Sankt-Peterburqun mərkəzi Belqoroda dəstək əlaməti olaraq kütləvi şənliklərə bağlı olub, Dvortsovaya konserti isə ləğv edilib.
Əliyar Xəlil,














