Rusiya-Ukrayna müharibəsi fonunda müzakirə olunan məsələlərdən biri də Moskvanın Kiyevdən sonra ordunu NATO ölkələrinə tərəf yönəltməsi ehtimalıdır.
Bu barədə ABŞ dövlət katibi Entoni Blinken də danışıb.
Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Murad Sadəddinov qeyd edib ki, Blinkenin sözügedən iddiası siyasi məqsəd daşıyır:
“Bu, NATO ölkələrinin Ukraynanın təminatı məsələsində daha aktiv olması üçün səsləndirilən fikirdir.
Murad Sadəddinov
Rəsmi Moskvanın hərbi potensialı Ukraynanın balaca bir kəndini almağa belə çətinlik çəkir. Rusiyanın Alyans ölkələrinə birbaşa hücumu və NATO-nun nizamnaməsinə uyğun olaraq ölkələrin bir-birinə dəstək faktorunu nəzərə alsaq, bu, qeyri-real görünür. Moskvanın NATO-ya hücum etməyə nə hərbi potensialı, nə də siyasi iradəsi var. Sadəcə E.Blinken Ukraynaya daha çox silah və maliyyə yardımı verilməsi üçün çalışır.
Rusiya Ukrayna münaqişəsində qarşısına qoyduğu hədəflərə çatmadığı halda hansısa ölkə ilə yeni müharibəyə başlaya bilməyəcək”.
Safura Bənnayeva
Globalinfo.az













