“Gələn həftə cəsədlər təhvil verilə bilər. Rusiya Ukraynadan rəsmi bildiriş gözləyir”.
Globalinfo.az xəbər verir ki, bu sözləri Rusiya danışıqlar qrupunun nümayəndəsi general-leytenant Aleksandr Zorin deyib.
“Humanitar aksiyanın gələn həftəyə qədər təxirə salınacağına dair siqnallar var. Lakin biz Kiyevdən rəsmi bildiriş gözləyirik. Altı mindən çox cəsədi avtomobil və dəmir yolu ilə qaytarmağa hazırıq”, – o bildirib.
Zorin qeyd edib ki, İstanbul razılaşmasına əsasən, Ukrayna ordusunun əsgərlərinin cəsədlərinin ilk partiyası mübadilə zonasına çatdırılıb:
“Bunlar 1212 ukraynalı hərbçinin cəsədidir. Çoxunun şəxsiyyəti məlum deyil, lakin hamısının geyim forması və tapıldıqları əraziyə görə Ukrayna hərbçiləri olduğu müəyyən edilib”.
Əliyar Xəlil
Globalinfo.az














