Yanvarın 3-də Ukrayna 230 nəfəri Rusiya əsirliyindən azad edib. 248 rusiyalı hərbçi də Ukraynadan geri qaytarılıb.
Globalinfo.az xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski əsir mübadiləsi ilə bağlı paylaşım edib.
“Bizimkilər evdədirlər. İki yüzdən çox əsgərimiz və mülki vətəndaşımız Rusiya əsirliyindən geri qaytarılıb. Buraya əsgərlər, çavuşlar, zabitlər, Silahlı Qüvvələrin, Milli Qvardiyanın, Hərbi Dəniz Donanmasının əsgərləri, sərhədçilər daxildir. Əsirlikdən azad olunanların bəziləri Mariupol və “Azovstal”ın müdafiəçiləridir”, – deyə Zelenski qeyd edib.
Rusiya MN isə yaydığı məlumatda bildirib ki, Rusiya Aerokosmik Qüvvələrinin təyyarələri azad edilmiş hərbi qulluqçuları müalicə və reabilitasiya üçün Müdafiə Nazirliyinin tibb müəssisələrinə çatdırıb.













