Rusiya Uhanda baş konsulluq açır

Rusiya Uhanda baş konsulluq açır

Rusiyanın Uhanda baş konsulluğu açılacaq.

Globalinfo.az xəbər verir ki, bu barədə sənəd Rusiya hüquqi aktların rəsmi saytında dərc olunub.

Baş konsulluğun açılması və işlərin qısa zamanda başlanması üçün Baş nazir Mixail Mişustin fərman imzalayıb. Fərmana əsasən, Rusiya XİN konsulluq işçilərinin sayı və iş cədvəlini təyin etməlidir.

Qeyd edək ki, hazırda Rusiyanın Çinin Pekin, Şanxay, Quanşjou və Şenyan şəhərlərində konsulluqları fəaliyyət göstərir.