“Ukrayna və Rusiyanın resurslarını nəzərə aldıqda ölkələr arasında müharibə illərlə davam edə bilməz”.
Globalinfo.az xəbər verir ki, bu sözləri Ukrayna prezidenti aparatının rəhbərinin müşaviri Mixail Podolyak bildirib.
Onun sözlərinə görə, Ukraynanın resursları mütəmadi olaraq artır. O bundan sonra silah tədarükünün daha da sürətlənəcəyini deyib.
Podolyak qeyd edib ki, Rusiyanın resursları mütəmadi olaraq azalır. Belə ki, Moskva artıq sursatlarının çox hissəsini sərf edib və yeni silahlar hazırlamaq üçün materialları sanksiyalara görə tədarük edə bilmir.
Tahir Turan
Globalinfo.az














