Türk Dövlətləri Təşkilatına üzvlüyə sürpriz namizəd – Maraqlı əsas

Türk Dövlətləri Təşkilatına üzvlüyə sürpriz namizəd - Maraqlı əsas

Rusiya Federasiyası Türk Dövlətləri Təşkilatına (TDT) üzv olmaq üçün dəvət gözləyir. 

Globalinfo.az xəbər verir ki, bu barədə Ankaradakı Rusiya Araşdırmaları Mərkəzi məlumat yayıb.

Buna Rusiya daxilində 37 fərqli türk etnik qrupunun olması, türklərin vətəni Altay dağlarının Rusiya ərazisində yerləşməsi, Tatarıstan, Çuvaşıstan, Başqırdıstan kimi böyük etnik türk muxtar respublikalarının varlığı əsas göstərilir.

Moskva 20 milyona yaxın türkün yaşadığı Rusiyanın türk dünyasına Macarıstandan daha yaxın olduğunu düşünür.

Ayşən Mustafa
Globalinfo.az