Rusiya rəsmən siqnalı verdi: “Miqrantları qovun”

Rusiyanın əmək bazarındakı xariciləri ruslar əvəz edə bilər.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin Peterburq Beynəlxalq Hüquq Forumunda deyib.

Onun sözlərinə görə, Rusiyada iş imkanı ilk növbədə ruslara yaradılmalıdır:

“Bazarda “Qazprom”a xarici mütəxəssislər lazım deyil, “Laxta Çentr” üçün isə Pskovdan da işçilər gətirmək olar. Rusların miqrantları uğurla əvəz etməsi üçün əmək haqqını ən azı 120 min rubl etmək lazımdır. Ruslara Rusiya adına işləməyə mane olmayın. Gəlin belə edək ki, rus xalqı xoşbəxt olsun. Əmək haqqını 120 min edin və ruslar gələcək, miqrantları isə rədd edin”.

Qeyd edək ki, Bastrıkin bu gün çıxışında 10 min miqrantın Ukrayna müharibəsinə göndərildiyini etiraf etmişdi.

Rusiyada miqrantlar əsasən postsovet ölkələrinin vətəndaşlarıdır. Onlar ölkənin əmək bazarında və Rusiya iqtisadiyyatının saxlanmasında mühüm yer tuturlar. Rusiyada Azərbaycandan olan miqrantların sayının təxminən 1 milyondan çox olduğu güman edilir.

Əliyar Xəlil
Globalinfo.az