Ermənistan parlamentinin deputatı Andranik Tevanyan yeni ictimai hərəkat formalaşdırıb.
Globalinfo.az xəbər verir ki, bu barədə məlumatı Ermənistan mətbuatı yayıb.
Yeni hərəkatın tərkibinə müxtəlif məşhur ekspertlərin, mədəniyyət xadimlərinin, orta biznes nümayəndələrinin cəlbi nəzərdə tutulub. Tevanyanın siyasi birliyinin əsas hədəfinin Ermənistanda hakimiyyət dəyişikliyi olacağı vurğulanıb. Bununla belə, hərəkat və onun üzvlərinin adları hələlik açıqlanmayıb.
Qeyd edək ki, Tevanyan Robert Köçəryanın Ermənistan Blokundan deputatdır. O, açıq rusiyayönlü baxışları ilə seçilir. Xüsusilə son 3 ayda məhz Tevanyanın Ermənistan mətbuatında, özəlliklə Rusiyanın nəzarətindəki media qurumlarında açıq təbliğatı aparılır. Digər tərəfdən, bəzi mənbələr bir müddət öncə Tevanyanın İrəvan meri vəzifəsinə əsas namizəd olacağını açıqlasa da, sonradan bu iddia reallaşmamışdı.
İlkin Həsənov
Globalinfo.az














