Rusiya Navalnının dul arvadını terrorçu və ekstremistlər siyahısına daxil edib.
Globalinfo.az xəbər verir ki, bu barədə məlumat Rosfinmonitorinq reyestrində yer alıb.
Bildirilir ki, Yuliya Navalnaya terrorizm və ekstremist fəaliyyətdə iştirak barədə məlumatın olduğu təşkilatlar və şəxslər siyahısına daxil edilib.
Qeyd edək ki, İyulun 9-da Moskvanın Basmannı rayon məhkəməsi Rusiya Federasiyası İstintaq Komitəsinin Baş İstintaq İdarəsinin tələbi ilə Yuliya Navalnayanı “ekstremist birlikdə” iştirakda ittiham edərək iki ay müddətinə qiyabi həbs edib. Həbs müddəti təqsirləndirilən şəxsin Rusiya ərazisində ekstradisiya edildiyi və ya saxlanıldığı andan hesablanacaq.
Xatırladaq ki, Aleksey Navalnı fevralın 16-da cəza çəkdiyi islah koloniyasında dünyasını dəyişib. Yuliya Navalnaya 2021-ci ilin fevralında, əri həbs olunduqdan sonra Rusiyanı tərk edib.
Müşviq Tofiqoğlu
Globalinfo.az