Rusiya Laçın yolundakı problemi həll etməlidir, əks halda… – Erməni politoloq

Rusiya Laçın yolundakı problemi həll etməlidir, əks halda... - Erməni politoloq

Rusiya indi Laçın yolu ilə bağlı nəsə etməsə, onun geri qayıtmağa yeri olmayacaq.

Globalinfo.az xəbər verir ki, bunu erməni politoloq Aleksandr İsgəndəryan deyib.

Politoloq qeyd edib ki, İrəvan Rusiyanın Ukraynadakı problemlərini həll etməsini gözləməyəcək:

“Ona görə ki, əvvəla, biz o vaxta qədər yaşaya bilmərik. İkincisi isə bu heç nə ilə bitməyəcək. Üçüncü məsələ də hissdir. Bu konflikt bitdikdən sonra kiminsə Laçın yolunda döyüşməyə qaçacağına şübhə edirəm”.

O, Rusiyanın Ermənistana münasibətinin “pul yoxdur, amma siz səbir edin” tezisini xatırlatdığını bildirib:

“Əgər indi paralel olaraq nəsə etməsək, hər yerdə – bütün postsovet məkanında hər şey pis olacaq”.

İlkin Həsənov
Globalinfo.az