Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin aprelin 25-də İrəvanda erməni həmkarları Caan Gevorkyan və Mnatsakan Səfəryanla konsultasiyalar aparıb.
Globalinfo.az xəbər verir ki, bu barədə məlumatı Rusiya Xarici İşlər Nazirliyi yayıb.
Məlumata görə, Qaluzin həmçinin Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla da görüşüb. Tərəflər arasında əsas müzakirə mövzusu regional təhlükəsizlik məsələləri olub. Onlar xüsusilə Laçında sərhəd-keçid məntəqəsinin açılmasına toxunublar.
Qeyd edək ki, Qaluzin Ermənistana aprelin 24-də, yəni sərhəd-keçid məntəqəsinin açılmasından bir gün sonra gəlib. O, Moskvanın Bakı və İrəvanla münasibətlərini kurasiya edən əsas simadır.
İlkin Həsənov
Globalinfo.az














