Rusiya Ermənistanı təhdid etdi: “102-ci bazanın mövcudluğunu sorğulamayın!”

“Rusiyanın Ermənistandakı hərbi mövcudluğunu müzakirə etmək yersiz və zərərlidir”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.

XİN rəsmisi Gümrüdəki 102-ci bazasının mövcudluğunun sorğulanmasının doğru olmadığını bildirib:

“Rusiyanın Ermənistanda hərbi bazasının yerləşdirilməsi hər iki dövlətin maraqları əsasında 1995-ci il martın 16-da imzalanan sazişlə razılaşdırılıb. Bu sənədin 26-cı maddəsinə əsasən, hərbi qulluqçularımızın orada qalma müddəti 49 ildir. Lakin bundan sonra müqavilə avtomatik olaraq beş illik müddətə uzadılır. Rusiyanın əsgər və zabitləri təkcə Ermənistanda deyil, bütün Cənubi Qafqazda sülh və təhlükəsizliyi effektiv şəkildə təmin etməkdə davam edir. Biz orada hərbi mövcudluğumuzla bağlı müzakirələri yersiz və zərərli hesab edirik”.

Ayşən Mustafa
Globalinfo.az