Rusiya bu şəhəri Zaporojyenin mərkəzi elan etdi

Rusiya Melitopol şəhərini Zaporojye vilayətinin mərkəzi elan edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya tərəfindən Zaporojye vilayətinin qubernatoru vəzifəsini icra edən Yevgeni Balitski fərman imzalayıb.

“Zaporojye vilayətinin inzibati-ərazi vahidləri yaradılsın: Zaporojye vilayətinin rayon əhəmiyyətli şəhərləri: Melitopol, Berdyansk, Enerqodar. Müəyyən edilsin ki, Melitopol Zaporojye vilayətinin inzibati mərkəzidir”, – sənəddə deyilir.