Rusiya və sülhməramlılar olmasaydı, bu gün Qarabağ indiki vəziyyətində olmazdı.
Globalinfo.az xəbər verir ki, bunu Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin “Sputnik Ermənistan”a müsahibəsində deyib.
Səfir Rusiya sülhməramlılarının məhdud səlahiyyətinin olduğunu və onların öz funksiyalarını layiqincə yerinə yetirdiyini bildirib.
Kopırkin Brüssel və Vaşinqtonun Rusiyanı Ermənistan-Azərbaycan danışıqlar prosesindən çıxarmağa çalışdığını və heç bir alternativ vasitəçilik işi təklif etmədiyini qeyd edib. Bununla belə, rus səfir Moskvanın sülhə gedən istənilən səyi və töhfəni dəstəklədiyini, amma bunun üçün hər şeyin əvvəlki razılıqlar əsasında getməsi gərəkdiyini söyləyib.
İlkin Həsənov
Globalinfo.az













