Rus hərbçiləri Gorus-Xankəndi yolunda qəzaya düşdü

Sünik vilayətində (Zəngəzur) VAZ-2107 markalı avtomobilin iştirakı ilə ağır qəza baş verib.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, VAZ-2107-in 41 yaşlı sürücüsü Gorus-Xankəndi yolunda maşını 19 yaşlı Şirak sakininin avtomobilinə çırpıb. Nəticədə VAZ-2107-də olan sərnişin müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Gorus istintaq şöbəsində cinayət işi başlanıb.

Məlumata görə, VAZ-2107-nin sürücüsü və sərnişini Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasında xidmət edir.