Rusiya Dövlət Dumasının MDB məsələləri üzrə Komitəsi sədrinin birinci müavini, ermənipərəst Konstantin Zatulin Ermənistanın baş naziri Nikol Paşinyana qəzəblənib.
Globalinfo.az xəbər verir ki, K.Zatulin Paşinyanın Rusiya ilə bağlı getdikcə daha açıq danışmağa və özünü qeyri-dostcasına aparmağa başladığını bildirib.
“Paşinyan uğur qazanacağı halda Ermənistanı al-sat anlayışının əsas məna daşıdığı, şəxsi maraqlardan başqa heç bir milli maraqların olmadığı adi Yaxın Şərq ölkəsinə çevirəcək.
Artıq onun ətrafındakı insanlar azərbaycanlılar və türklərlə birgə biznesə can atırlar, bu, əvvəllər mümkün deyildi”, – K.Zatulin bildirib.
Tamerlan Yayaqan
Globalinfo.az














