rubio

“Ukraynadakı münaqişənin həlli üçün yeni planı nəzərdən keçirməyə daha çox vaxt lazım ola bilər”.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio deyib.

O, jurnalistin Vaşinqtonun Kiyevə razılaşmanın şərtlərini qəbul etməsi üçün müəyyən etdiyi son müddətlə bağlı sualını belə cavablandırıb:

“Biz bunun mümkün qədər tez baş verməsini istəyirik. Məqsədimiz müharibəni bitirməkdir, lakin bizə bir az daha vaxt lazımdır”.

Rubionun sözlərinə görə, daha vacibi odur ki, ABŞ və Ukrayna Cenevrə danışıqları zamanı əhəmiyyətli irəliləyiş əldə edə bilib. Dövlət katibi görüşü Ukrayna münaqişəsinin həlli üzrə bütün danışıqlar prosesində ən məhsuldar görüş adlandırıb.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: