
“Deyirlər ki, mən Türkiyədə oxumuşam və tələbəlik illərimi orada keçirmişəm. Bu doğru deyil”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistan parlamentində keçirilən brifinq zamanı parlament sədrliyinə namizəd Ruben Rubinyan deyib.
“Türkiyə diplomum yoxdur, mənə Türkiyədə dərs keçən bir nəfər belə yoxdur. Mən tələbəlik illərimi əvvəlcə Ermənistanda Yerevan Dövlət Universitetində oxuyarkən, sonra Londonda magistratura təhsili alarkən, daha sonra isə Polşada ikinci magistraturanı bitirərkən keçirmişəm”, – deyə o qeyd edib.
Rubinyan bildirib ki, 2016–2017-ci illərdə 5 ay ərzində “Hrant Dink” fondunun proqramında iştirak edib və araşdırma aparıb:
“Bu araşdırmanı da tam bitirməmişəm, yarımçıq qoyub Ermənistana qayıtmışam. Əgər bu “təlim” hesab olunursa, bu artıq başqa məsələdir”.
Safura Bənnayeva
Globalinfo.az