Paşinyan Zəngəzurun kuratorunu ABŞ-a göndərdi – Müzakirə başladı

Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan ABŞ dövlət katibinin müavininin köməkçisi Erik Olsonla görüşüb.

Globalinfo.az xəbər verir ki, bu barədə məlumatı Ermənistan mətbuatı yayıb.

Qriqoryan-Olson görüşü Vaşinqtonda baş tutub. Ermənistan baş nazirinin müavini həmçinin ABŞ-ın Qafqaz üzrə xüsusi nümayəndəsi Luis Bono ilə də bir araya gəlib və regional təhlükəsizlik məsələlərini müzakirə edib.

Qriqoryan amerikalı nümayəndələrlə Ermənistan və Azərbaycan arasında sülhün əldə edilməsi haqda danışıqların gedişindən danışıb.

Qeyd edək ki, Mqer Qriqoryan aprelin 7-dən ABŞ-dadır. Ermənistan rəsmiləri onun Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun görüşlərində iştirak üçün Vaşinqtona getdiyini açıqlamışdı. Maraqlı olan Mqer Qriqoryanın Ermənistanın Azərbaycanla sərhədlərin dəqiqləşdirilməsi üçün əsas nümayəndəsi olmasıdır.

İlkin Həsənov
Globalinfo.az