Xalq artistinin dəfn yeri açıqlandı

Xalq artistinin dəfn yeri açıqlandı

Xalq artisti Roza Cəlilova II Fəxri xiyabanda dəfn olunacaq

Globalinfo.az bildirir ki, bu barədə APA-ya nəvəsi Lalə Aslanur məlumat verib.

***09:51

Xalq artisti, 97 yaşlı rəqqasə Roza Cəlilova vəfat edib.

Globalinfo.az bakupost.az-a istinadən xəbər verir ki, hadisə sənətkarın yaşadığı mənzildə – Bakının Səbail rayonunda T. Elçin küçəsi 5 ünvanında qeydə alınıb.

Məlumata görə, Roza Cəlilova həkimə çatdırılmadan əvvəl vəfat edib.

Faktla bağlı araşdırma aparılır.