Rostovda “Qala planı”: “Vaqner”lə döyüşə hazırlaşırlar

Rostovda "Qala planı": “Vaqner”lə döyüşə hazırlaşırlar

“Vaqner” muzdlu hərbi birləşməsinin rəhbəri Yevgeni Priqojinin Rostovu ilk hədəf elan etməsinin ardınca Rostov vilayətində “Qala planı” elan edilib.

Globalinfo.az xəbər verir ki, bu barədə Baza Teleqram kanalı məlumat yayıb.

Bildirilib ki, əməkdaşlar həyəcan siqnalı ilə ayağa qaldırılıb. Onlar bunun təlim, yoxsa hansısa başqa səbəbdən olub-olmadığını bilmirlər.

“Qala planı” fövqəladə vəziyyətdə şəxsi heyətin xüsusi mühüm obyektlərin nəzarətini öz üzərinə götürməsidir. Plan həmçinin xüsusi hücumu dəf etməyə hazır olmağı nəzərdə tutur.