İtaliyanın paytaxtı Romada Volodimir Zelenski ilə ABŞ-ın Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq arasında görüş başlayıb.
Globalinfo.az xəbər verir ki, görüş Zelenskinin İtaliya paytaxtına səfəri çərçivəsində baş tutub.
İclasda həmçinin xarici işlər naziri Andriy Sıbiqa, müdafiə naziri Rustem Umerov, Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak və onun müavini Pavlo Palisa iştirak edir.
Zelenski ilə Kelloq arasında görüş ABŞ-ın Ukraynaya bəzi silahların tədarükünü bərpa etməsindən sonra keçirilir
Trampın komandasının üzvləri hazırda Ukraynanın hava hücumundan müdafiəsi üçün mümkün raket təchizatını müzakirə edirlər.
Əliyar Xəlil
Globalinfo.az














