Robert Prosineçki istefaya göndərildi

Robert Prosineçki istefaya göndərildi

Futbol üzrə Monteneqro yığmasının baş məşqçisi Robert Prosineçki istefaya göndərilib.

Globalinfo.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə Monteneqro Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Xorvatiyalı mütəxəssisi bu postda onun köməkçisi Mirko Vuçiniç əvəzləyib.

41 yaşlı baş məşqçi ilə müddəti 2025-ci ilin sonuna qədər olan müqavilə imzalanıb.

Qeyd edək ki, Robert Prosineçki 2024-cü ildən Monteneqro seçməsinə rəhbərlik edirdi. O, 2014-2017-ci illərdə Azərbaycan milli komandasının baş məşqçisi olub.