Xocalı qatili məhkəməyə çıxarılır – Oğlu danışdı

Xocalı qatili məhkəməyə çıxarılır – Oğlu danışdı

Ermənistanın sabiq prezidenti Robert Köçəryan “1 Mart işi” ilə bağlı yenidən hakim qarşısına çıxır.

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.

Bildirilir ki, yenidən açılmış “1 Mart işi” davam edir və məhkəmədə Robert Köçəryan da iştirak edib.

Erməni jurnalist məhkəmə iclasından əvvəl Köçəryanın oğlu Levon Köçəryana sual verib:

“Atanızın həbs olunacağından qorxursunuz?”

O isə cavabında belə deyib:

“Hüquqi nöqteyi-nəzərdən görünür ki, onların belə imkanları yoxdur, amma biz son 6 ildə o qədər iş görmüşük ki… Onlar nə istəsələr, edə bilərlər, bu, öz ixtiyarındadır”.

Xatırladaq ki, 2008-ci il martın 1-də baş vermiş hadisələrlə bağlı Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının keçmiş rəisi, KTMT-nin keçmiş baş katibi Yuri Xaçaturov və Ermənistanın sabiq müdafiə naziri Seyran Ohanyan, Ermənistanın ikinci prezidenti Robert Köçəryan, konstitusiya quruluşunu devirməkdə və xüsusilə külli miqdarda rüşvət almaqda, keçmiş baş nazirinin müavini Armen Gevorqyan isə konstitusiya quruluşunun devrilməsinə kömək etməkdə, külli miqdarda rüşvət almaqda və cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırmaqda ittiham olunurlar.

Zaira Akifqızı
Globalinfo.az