Rəisi bu gün Ermənistana gedəcəkmiş – Son anda…

Rəisi bu gün Ermənistana gedəcəkmiş - Son anda...

İran Prezidenti İbrahim Rəisinin bu gün Şimal-Cənub yolunun açılış mərasiminin keçirilməsi üçün  Ermənistana, Sünik bölgəsinə (Zəngəzur -red.) səfəri nəzərdə tutulurdu.

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan hakimiyyətinə bağlı olan “Baqramyan 26” teleqram kanalı məlumat yayıb.

Ermənistana səfərin son anda təxriə düşdüyü və İ.Rəisinin Azərbaycana gəldiyi bildirilir.

Qeyd edək ki, İran prezidentinin Ermənistana səfərinin planlaşıdırılması ilə bağlı məlumatı TASS İnformasiya Agentliyi də təsdiqləyib.

Ayşən Mustafa
Globalinfo.az