Misir və İsrail arasında şiddətli atışma: ölənlər var – KİV

Misir və İsrail arasında şiddətli atışma: ölənlər var - KİV

Misir ordusu Rəfah ərazisində İsrail ordusunun mövqelərinə atəş açıb. 

Globalinfo.az xəbər verir ki, bu barədə İsrailin “Kanal 14” telekanalı məlumat yayıb.

İsrail KİV-də yayılan məlumata görə, ordu Misirin Silahlı Qüvvələrinə cavab atəşi açıb.

“İran observer” isə iddia edir ki, qarşıdurma nəticəsində İsrail ordusunda həlak olanlar var.

İsrail kəşfiyyatı Rəfahda Misir ordusu ilə gərginliyin pik həddə olduğunu açıqlayıb.

Təl-Əvivə yaxın dairələr media orqanlarına Misirlə gərginliyin qabardılmaması barədə tapşırıq verildiyini vurğulayıb.

Ayşən Mustafa
Globalinfo.az