Azərbaycan millisinin və “Qarabağ”ın hücumçusu Ramil Şeydayev mövsümün sonunda klubundan ayrıla bilər.
Globalinfo.az xəbər verir ki, onunla Rusiyanın iki elita klubu maraqlanır.
Fanat.az-ın əldə etdiyi məlumata görə isə, “Neftçi” də onu rənglərinə bağlamaqda israrlıdır.
“Ağ-qaralar”ın yüksək maddi şərtlər fonunda uzunmüddətli müqavilə istəyi Ramil üçün də cəlbedicidir.
Futbolçunun “Qarabağ”ın əzəli rəqibi “Neftçi”yə keçmək ehtimalı Ağdam klubunun azarkeşləri tərəfindən etirazla qarşılanıb.














