Hoteldə ata-anası ilə birgə ölən Rauf haqda diqqətçəkən fakt – FOTOLAR

Hoteldə ata-anası ilə birgə ölən Rauf haqda diqqətçəkən fakt - FOTOLAR

Yanvarın 21-nə keçən gecə Qusarın Cağar kəndində yerləşən “Park Qusar” hotelindəki koteclərdən birində baş vermiş dəhşətli yanğında ata-anası ilə birgə həyatını itirən 17 yaşlı Rauf Babayev Azərbaycan Diplomatiya Akademiyasının tələbəsi imiş.

Globalinfo.az xəbər verir ki, o, akademiyaya qəbul olunarkən 670 bal toplayıbmış.

Məlumata görə, hadisə nəticəsində həyatını itirən Raufun anası Zülfiyyə Babayeva Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun Kliniki-neyrofiziologiya laboratoriyasının rəhbəri Elşanə Mustafayevanın bacısıdır. Dünyasını dəyişən ailə başçısı 1969-cu il təvəllüdlü Emin Babayev isə uzun illər müxtəlif şirkətlərdə, eləcə də “Azərlotereya”da işləyibmiş.

Qeyd edək ki, ilkin ehtimala əsasən yanğın istirahət mərkəzində yerləşən kotecdəki odun sobasının (kamin) nəzarətsiz qalması səbəbindən baş verib. Hadisə nəticəsində kotecin digər mərtəbəsində olan 1973-cü il təvəllüdlü Rüstəm Dadaşov da vəfat edib. Bundan başqa, 6 nəfər – 1952-ci il təvəllüdlü Larisa Repina, 1950-ci il təvəllüdlü Olqa Dadaşova, 1978-ci il təvəllüdlü Natalya Dadaşova, 1980-ci il təvəllüdlü Denis Repin, 2009-cu il təvəllüdlü Emil Dadaşov və 2016-cı il təvəllüdlü Kamilla Dadaşova isə xəsarət alıb.

Hoteldə ata-anası ilə birgə ölən Rauf haqda diqqətçəkən fakt - FOTOLAR Hoteldə ata-anası ilə birgə ölən Rauf haqda diqqətçəkən fakt - FOTOLAR Hoteldə ata-anası ilə birgə ölən Rauf haqda diqqətçəkən fakt - FOTOLAR

Malik
Globalinfo.az