Quql Qarabağdakı erməni yer adlarını dəyişdi – FOTO

 

Quql şirkətinə məxsus onlayn xəritələrdə Qarabağda yerləşən və ermənilərin qoyduğu yer adları dəyişib.

Globalinfo.az Publika.az-a istinadən xəbər verir ki, şəhərlər, kəndlər, küçələr və digər obyektlərin adları artıq Azərbaycan dilində göstərilir.

Qeyd edək ki, buna qədər Azərbaycan tərəfi Quql şirkətinə rəsmi müraciət edərək toponimlərin əsl adı ilə verilməsini tələb etmişdi.