“Ermənistan “Zəngəzur dəhlizi” adı altında heç bir layihəni müzakirə etmir”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Ali Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İranda keçirilən Beynəlxalq Dialoq Forumunda deyib.
O, ermənilərin bu termində istifadə etmədiyini söyləyib:
“Düzünü desəm, heç bir dəhlizlə bağlı müzakirə aparılmır, biz belə bir termin işlətmirik. Lakin regional kommunikasiyaların hansı mexanizmlə açılması, bölgəmizə sülh və sabitlik gətirmək, inkişafa töhfə verməkdən danışırıq. “Sülh yollarının kəsişməsi” konsepsiyası bu istiqamətdə iqtisadi infrastrukturun inkişafı proqramı kimi çıxış edir”.
Ayşən Mustafa
Globalinfo.az














