Qonşu ölkə də silkələndi

Qonşu ölkə də silkələndi

İyunun 2-də Ermənistanda zəlzələ olub.

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

“Loritak şəhərindən 11 km cənub-şərqdə, 10 km dərinlikdə 3 bal gücündə zəlzələ qeydə alıb. Episentr zonasında zəlzələnin gücü 4 bal olub. Yeraltı təkanlar Lori vilayətinin Spitak və Vanadzor şəhərlərində, həmçinin Arevaşoq və Lernapat kəndlərində hiss edilib”, – deyə bildirilib.

Əliyar Xəlil
Globalinfo.az