Qondarma rejimin “lideri”: “Arzumuz Rusiyanın tərkibində olmaqdır”

Qondarma rejimin “lideri”: “Arzumuz Rusiyanın tərkibində olmaqdır”

“Cənubi Osetiya Rusiya ilə ittifaq dövlətinə girməyə perspektivli variantlardan biri kimi baxır”.

Globalinfo.az xəbər verir ki, bunu qondarma Cənubi Osetiyanın lideri Alan Qaqloyev deyib.

“Cənubi Osetiya Rusiya ilə 2015-ci ildən inteqrasiya və müttəfiqlik barədə razılıq çərçivəsində yaxınlaşma siyasətini davam etdirir. Əgər Rusiyanın tərkibinə daxil olmaq məsələsi aktuallaşsa, biz strateji tərəfdaşımızla konsultasiya aparacağıq. Bu ölkənin tərkibində olmaq osetin xalqının əsrlərdir arzusudur”, – o bildirib.

Qeyd edək ki, A.Qaqloyev separatçıların lideri seçildikdən sonra Rusiyanın tərkibinə daxil olmaqla bağlı referenduma hazırlığı dayandırıb. Moskva onun bu qərarını dəstəkləyib.

Əliyar Xəlil
Globalinfo.az