Qızıl-zinət əşyalarının qanunsuz keçirilməsinin qarşısı alınıb – DGK

Qızıl-zinət əşyalarının qanunsuz keçirilməsinin qarşısı alınıb - DGK

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları qızıl-zinət əşyalarının bəyan edilmədən Azərbaycanın gömrük sərhədindən keçirilməsinə cəhdin qarşısını alıb.

Bu barədə Globalinfo.az-a DGK-nin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən bildirilib.

Bakı-Dubay aviareysi ilə gedən Azərbaycan Respublikası vətəndaşı gömrük nəzarət zonasından keçərkən onun ayaqqabısının içərisində və üzərində gizlədilmiş, gömrük orqanlarına bəyan olunmayan 8 ədəd qızıl lövhə və 2 ədəd boyunbağı, ümumilikdə 614 qram qızıl-zinət əşyaları aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Qızıl-zinət əşyalarının qanunsuz keçirilməsinin qarşısı alınıb - DGK